Cəlilabad rayonu üzrə mediasiya təşkilatı fəaliyyətə başlayıb
19 May 23:07 SosialCəlilabad 1 saylı mediasiya təşkilatının "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Cəlilabad 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir. "Olaylar" xəbər verir ki, Cəlilabad və Yardımlı rayonu üzrə vətəndaşlar 20 may 2026-cı ildən etibarən Cəlilabad 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.
Cəlilabad 1 saylı mediasiya təşkilatının məlumatları:
Təşkilatın direktoru: Bayramov İnqilab Əliş oğlu
Ünvan: Cəlilabad şəhəri, H. Əliyev pr. 268 ("Azərpoçt"un yanı)
Email: [email protected]
Telefon: +994 (70) 330 73 13