Dünyanı lərzəyə salacaq nüvə qərarı: Xameneyidən orduya uran əmri

Yaxın Şərqdə nüvə müharibəsi riskini və hərbi gərginliyi pik həddə çatdıran, qlobal təhlükəsizlik sistemini kökündən sarsıdacaq növbəti şok gəlişmə baş verib. ABŞ-ın kəskin təhdidləri qarşısında rəsmi Tehran öz nüvə strategiyasını tamamilə dəyişmək barədə ən yüksək səviyyədə qəti qərar qəbul edib.

Musavat.com xəbər verir ki, İranın Ali lideri Müctəba Xameneyi hərbi silah dərəcəsinə yaxın olan zənginləşdirilmiş uranın ölkə xaricinə çıxarılmasını qəti şəkildə qadağan edən xüsusi əmr verib. Dünyanın ən nüfuzlu xəbər agentliklərindən olan "Reuters" diplomatik mənbələrə istinadən rəsmi Tehranın bu gizli və strateji addımı barədə sensasion məlumat yayıb. Agentliyə danışan yüksək rütbəli mənbələrdən biri vəziyyəti belə şərh edib: "Ali lider və ölkənin bütün ali rəhbərliyi hesab edir ki, zənginləşdirilmiş uran ehtiyatları heç bir halda ölkə hüdudlarını tərk etməməlidir".

Mənbələrin verdiyi məlumata görə, İran hakimiyyəti bu strateji materialın xaricə daşınmasının ölkənin müdafiə qabiliyyətini zəiflədəcəyini düşünür. Tehran hesab edir ki, uranın ölkədən çıxarılması gələcəkdə ABŞ və ya İsrail tərəfindən törədilə biləcək hərbi hücumlar qarşısında İranı tamamilə müdafiəsiz və daha yaralı vəziyyətə salacaq. Rəsmi hesabatlara görə, İran bundan əvvəl yüzdə altmış (60%) nisbətində zənginləşdirilmiş uran ehtiyatlarının yarısını ölkədən çıxarmağa hazır olduğunu bəyan etsə də, ABŞ Prezidenti Donald Trampın İrana hərbi zərbələr endirməklə bağlı ardıcıl və kəskin təhdidlərindən sonra bu mövqe kökündən dəyişib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31