Xankəndiyə güclü yağış, Xocalıya isə dolu yağıb
15:52 HadisəMayın 21-də Xankəndi şəhərinə leysan xarakterli yağış, Xocalı rayonunun Şuşakənd kəndinə isə güclü yağışla yanaşı dolu yağıb.Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Bildirilib ki, bu gün günorta saatlarında bölgədə başlayan yağıntı qısa müddətdə intensiv xarakter alıb.Yağıntı və dolu nəticəsində hər hansı ciddi fəsad qeydə alınmayıb. Elektrik enerjisi, qaz və su təchizatı normal rejimdə fəaliyyətini davam etdirir. Həmçinin yaşayış məntəqələrində infrastruktura və fərdi təsərrüfatlara ziyan dəyməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31