Zoran Milanoviç Prezident İlham Əliyevə məktub ünvanlayıb
16:50 SiyasətXorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik edib.
Məktubda deyilir:
"Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, xalqınıza tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Xorvatiya ilə Azərbaycanı çoxillik əməkdaşlıq və dostluq əlaqələri bağlayır. Əminəm ki, dost ölkələrimizin münasibətlərinin inkişafı və yeni istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı fəaliyyətimiz davam edəcəkdir. Hər iki ölkənin iqtisadi imkanları əməkdaşlığımızın daha da möhkəmlənməsi üçün stimul ola bilər. Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".