Cənub Qaz Dəhlizindən tam şəkildə istifadə olunmalıdır - Alparslan Bayraktar
12:21 SiyasətCənub Qaz Dəhlizindən tam şəkildə istifadə olunmalıdır.
Trend-in Türkiyəyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Antalya Diplomatiya Forumunda bildirib.
"Cənub Qaz Dəhlizi tam gücü ilə istifadə olunmalıdır", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, prioritet mövcud enerji infrastrukturundan maksimum səmərəli istifadə etməkdir.
"Təklif etdiyimiz ilk addım mövcud infrastrukturdan tam şəkildə istifadə etməkdir. Artıq qeyd etmişik ki, ümumilikdə Avropa və Türkiyəyə təxminən 16 milyard kubmetr qaztədarük olunur. Lakin əlavə olaraq daha 15-16 milyard kubmetr həcmində istifadə olunmayan güc mövcuddur. Kiçik investisiyalarla bu mövcud infrastrukturdan istifadə etməliyik", - deyə Bayraktar bildirib.
Neft infrastrukturu barədə danışan nazir Bakı-Tbilisi-Ceyhan boru kəmərində əhəmiyyətli ehtiyat güclərin mövcud olduğunu vurğulayıb.
"Əlavə investisiyalar şəraitində , hesab edirəm ki, orada hələ də gündəlik ən azı 400, bəlkə də 500 min barel həcmində istifadə olunmayan güc mövcuddur. Buna görə də mövcud boru kəmərlərindən istifadə etməliyik", - deyə nazir əlavə edib.