Azərbaycan beynəlxalq arenada söz sahibinə çevrilib- ÖZƏL

"Ulu Öndər Heydər Əliyev tarix yaradan dahi şəxsiyyətlərdən biri olub. Ümummilli Liderin ən ali məqsədi xalqın birliyinə və dünya azərbaycanlılarının həmrəyliyinə əsaslanan güclü, müasir və qüdrətli dövlət qurmaq idi. Bu siyasət nəticəsində Azərbaycan müstəqilliyini möhkəmləndirib və davamlı inkişaf yoluna qədəm qoyub". "Olaylar" xəbər verir ki, bunu YAP Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev deyib: "Bu gün ölkədə mövcud olan sabitlik və inkişaf məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. 1969-cu il 14 iyul tarixi Azərbaycanın dirçəliş dövrünün başlanğıcı olub və bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin rəhbərliyi ilə Azərbaycan regionda lider mövqeyini daha da möhkəmləndirib və beynəlxalq arenada söz sahibi olan güclü dövlətə çevrilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31