Qərb və Rusiyanın Ermənistanda təsir mübarizəsi
09:53 SiyasətErmənistanda parlament seçkiləri ilə bağlı son vəziyyət kifayət qədər gərginləşib və aktiv kampaniya mərhələsinə keçib. Hazırkı durumu qısa və aydın şəkildə belə izah etmək olar: İyunun 7-də proporsional sistemlə (partiya siyahıları ilə) keçiriləcək seçkilərdə parlamentdə ən azı 101 mandat yenilənəcək. Seçki kampaniyasında iştirak edən siyasi institutların çoxluğu gərginliyin artmasına səbəb olub. Məhz bu səbəbdən seçkiöncəsi dövrdə ölkədə kəskin siyasi rəqabət və gərginlik müşahidə olunur. Konkret olaraq, İrəvanda on minlərlə insanın iştirak etdiyi mitinqlər keçirilib. Mitinqdə müxalifət açıq şəkildə hakimiyyət dəyişikliyi tələb edib.
Siyasi mübarizənin əsas oyunçulardan hesab olunan Baş nazir Nikol Paşinyan və onun "Vətəndaş Müqaviləsi" partiyasıdır. Hakimiyyəti təmsil edən bu partiya hələ də birinci qüvvə sayılır, amma əvvəlki kimi dominant deyil. Hesablamalara görə, o, 50 faiz + səs toplamaq riski altındadır.
Yeni güc kimi çıxış edən "Güclü Ermənistan" partiyası müxalifəti təmsil edir. Rusiyalı biznesmen Samvel Karapetyanın başçılıq etdiyi "Güclü Ermənistan" böyük mitinqlər təşkil ediərək iqtisadi inkişaf və Rusiya ilə yaxınlaşma vədləri verib. Köhnə bloklardan olan Robert Koçaryanın "Ermənistan" alyansı və Serj Sarkisyan tərəfdarları müəyyən qədər zəifləyiblər.
Sorğular göstərir ki, Paşinyan hələ də birincidir, amma təkbaşına hökumət qurmaq artıq sual altındadır. Yeni partiyalar və koalisiyalar nəticəni parçalaya bilər. Seçkilərdə xarici faktorları da nəzərə alsaq Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası risklərdən sığortalanmayıb. Avropa İttifaqı seçkiləri "kritik test" kimi qiymətləndirir. Çünki, parlament seçkisi ölkənin sabitliyi və regiondakı balans üçün vacib şərt sayılır. Nəzərə almaq lazımdır ki, hələ seçki keçirilməyib, amma siyasi mübarizə artıq pik həddədir. Real vəziyyət ondan ibarətdir ki, hakimiyyət zəifləsə də hələ liderdir; müxalifət əvvəlkindən daha parçalanmış olsa da kifayət qədər aktivdir.
Ermənistanda qarşıdan gələn parlament seçkiləri sadəcə daxili siyasi yarış deyil. bu, ölkənin geosiyasi istiqamətinin və hakimiyyət modelinin taleyini müəyyən edə biləcək kritik dönəmdir. Hazırda əsas qarşıdurma belədir: Nikol Paşinyan- Qərbyönlü, islahatçı imic, amma müharibədən sonra zəifləmiş legitimlik; Müxalif bloklar- daha çox Rusiya ilə yaxınlaşma; "Köhnə sistemin" qayıdışı və ya yeni populist alternativlər. Real mənzərə deməyə əsas verir ki, bu seçki əslində "Paşinyan qalır, yoxsa post-Paşinyan dövrü başlayır" sualına cavab verəcək. Bu sualın birinci cavabı ondan ibarətdir ki, Paşinyan seçkidə qalib gəlir, amma zəifləmiş formada. Başqa sözlə, "Vətəndaş Müqaviləsi" yenə birinci olur, amma 50%-dən aşağı nəticə əldə edir. Nəticədə seçkidə iştirak edən partiyalarla koalisiya qurmağa məcbur olur. Risklər isə ondan ibarətdir ki, küçə etirazları davam edə bilər. Siyasi sabitliyin kövrək olduğunu nəzərə alsaq deyə bilərik ki, müxalifət parçalanmış olsa da Paşinyanı devirmək üçüm birləşmək ehtimalı artır. Bu prosesdə əsas fiqur kimi Robert Koçaryan və yeni biznes-elit fiqurları- Karapetyan xətti görsənir. Lakin bütün cəhdlərə baxmayaraq, müxalifətin qələbəsi ən az ehtimal olunur. Siyasi ekspertlər hesab edirlər ki, Paşinyanın hakimiyyətdən getməsi ilə Rusiya ilə yaxınlaşma, sərt təhlükəsizlik siyasəti və daxildə revanşist ritorika arta bilər. Bu məsələdə xarici oyunçuların da təsiri nəzərə alınmalıdır. Məsələn, Qərb Paşinyanın qalmasını istəyir ki, Erməbistan demokratik prosesə fokuslansın. Bu arada, Paşinyan Rusiyaya tam güvənmir, ona görə də müxalifət daxilində təsir alətlərini saxlayır. Deməli, Ermənistandakı parlament seçkisi hən də Qərb və Rusiya təsir mübarizəsinin daxili təzahürüdür.
Azərbaycan üçün mümkün nəticələr ondan ibarətdir ki, Paşinyan qalarsa sülh sazişi ehtimalı artır. Əks halda daxili zəiflik prosesi ləngidə bilər. Müxalifət qalib gələrsə ritorika sərtləşə bilər, danışıqlar çətinləşə bilər. Siyasi ekspertlərin yekun qiymətləndirməsi isə deməyə əsas verir ki, Paşinyan seçkilərdə qalib gəlsə də əvvəlki kimi güclü olmayacaq. Odur ki, Ermənistan koalisiya və ya zəif hökumət mərhələsinə keçə bilər. Bütün hallarda siyasi sabitlik seçkidən sonra belə tam təmin olunmayacaq.
Alim