4 mediatorumuz beynəlxalq sertifikata layiq görülüb- ÖZƏL
12:07 SosialMediasiya Şurasının 4 nümayəndəsi Çin Xalq Respublikasında keçirilən beynəlxalq seminarda uğurlu iştirakına görə sertifikatla təltif olunub. Mediasiya Şurasından "Olaylar"a bildirilib ki, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında insan resurslarının inkişafı sahəsində əməkdaşlıq çərçivəsində təşkil olunan beynəlxalq seminarlarda iştirak edən Azərbaycan Respublikasının Mediasiya Şurasının üzvləri, mediatorlar Nəsimi Mirzəyev, Bahadır Muradov, Tural Məmmədov və Xəlil Süleymanlı təlim proqramlarını uğurla başa vuraraq iştirakçı sertifikatları ilə təltif olunublar.
Çin Xalq Respublikasının müxtəlif şəhərlərində keçirilən seminarlar çərçivəsində nümayəndələrimiz müasir idarəetmə, beynəlxalq əməkdaşlıq, mübahisələrin alternativ həlli mexanizmləri və digər aktual mövzular üzrə nəzəri və praktiki biliklər əldə etmiş, müxtəlif ölkələrdən olan iştirakçılarla təcrübə mübadiləsi aparıblar.
Qeyd edək ki, bu cür beynəlxalq təlim və seminarlar mediatorların peşəkar inkişafına, beynəlxalq təcrübənin öyrənilməsinə və mediasiya sahəsində qabaqcıl yanaşmaların tətbiqinə mühüm töhfə verir. Mediasiya Şurası gələcəkdə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi və mediatorların peşəkar potensialının artırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.