Ebola virusundan ölənlərin sayı açıqlanıb

Konqo Demokratik Respublikası və Uqandada ebola virus xəstəliyi üzrə təsdiqlənmiş yoluxma halları 397-yə yüksəlib, onlardan 63-ü ölümlə nəticələnib.

Olaylar xəbər verir ki, bu barədə Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (Africa CDC) baş direktoru Jan Kaseya bəyanat verib.

"Son məlumatlara əsasən, 381 hal DKR-də, 16 hal isə Uqandada təsdiqlənib", - o, Cenevrədə keçirilən mətbuat konfransında bildirib.

17 may tarixində Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikası və Uqandada Ebola virus xəstəliyinın yayılmasını ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib. Yayılmaqda olan Bundibugyo ştammına qarşı təsdiqlənmiş müalicə üsulları və vaksinlər mövcud deyil. Buna görə də həyati əhəmiyyətli palliativ tibbi yardım, o cümlədən təcrid etmək , yoluxmuş şəxslərdə maye itkisinin bərpası və ağrını azaltmaq üçün müdaxilələr xüsusilə vacib hesab olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31