Azərbaycan ərazisinin İsrail-İran müharibəsində istifadə olunması ilə bağlı iddialar dezinformasiyadır - MEDİA

Azərbaycan ərazisinin İsrailin İrana qarşı hərbi əməliyyatları zamanı istifadə olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Olaylar.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Məlumata görə, iyunun 5-də "Middle East Eye" və "Haaretz" nəşrlərində dərc olunan, İsrailin İranla müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi barədə iddialar heç bir fakta əsaslanmayan kobud manipulyasiya nümunəsidir.

Qeyd olunub ki, sözügedən məlumatlar dezinformasiya xarakteri daşıyır və beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, regional sabitliyə və dövlətlərarası münasibətlərə zərbə vurmağa, həmçinin regionda əlavə gərginlik formalaşdırmağa yönəlib.

Agentlik vurğulayıb ki, bu cür əsassız iddiaların yayılması məsuliyyətsiz informasiya siyasətinin təzahürüdür və ictimai rəyi çaşdırmağa xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31