Avropa İttifaqında "Veto" böhranı: Xarici siyasətdə islahat tələbləri artır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Politico nəşrinin diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Ukraynanın maliyyələşdirilməsi və İranla müharibə kimi məsələlərdə yaşanan uğursuzluqlar Aİ-nin diplomatiya sistemində köklü dəyişiklikləri gündəmə gətirib.

Mövcud qaydalara görə, bir ölkənin "veto"su mühüm qərarları (məsələn, Ukraynaya 90 milyard avroluq kredit və ya Rusiyaya qarşı sanksiyalar) bloklaya bilir. Almaniya və İsveç başda olmaqla bir qrup ölkə xarici siyasətdə yekdillik prinsipinin ləğvini və səsçoxluğu sisteminə keçidi tələb edir. Budapeştin mühüm qərarları tez-tez ləngitməsi narahatlıq yaradır. Diplomatlar bunun sistemli bir problem olduğunu bildirirlər.

Fransa, Belçika və bir neçə kiçik dövlət isə suverenliyi qorumaq üçün "veto" hüququnun saxlanılmasında israrlıdır. Belçika Baş naziri bu addımın Aİ daxilində daha ciddi problemlərə yol açacağı barədə xəbərdarlıq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31