Ermənistan parlamenti seçki məcəlləsini "təcili" dəyişir: Müxalifətdən sərt etiraz – ÖZƏL
12:45 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistan Milli Assambleyasında hakim "Mülki Müqavilə" partiyasının təşəbbüsü ilə Seçki Məcəlləsinə təcili dəyişikliklər müzakirə edilib. Hakimiyyət nümayəndələri bu addımı sənədlərin qəbuluna az vaxt qalması ilə əsaslandırsa da, müxalifət bunu "oyun qaydalarının kobud pozulması" kimi qiymətləndirib.
Hakim partiyadan olan deputat Arusyak Culakyan bildirib ki, partiya adlarında şəxs adlarının qadağan edilməsi və səsverməyə nəzarətin gücləndirilməsi ilə bağlı zərurət cəmi bir neçə gün əvvəl yaranıb. Sənədlərin qəbulu aprelin 13-də başladığı üçün məsələ növbədənkənar iclasa çıxarılıb.
"Ermənistan" blokunun deputatı Geqam Manukyan Venesiya Komissiyasının tövsiyələrini xatırladaraq, seçkilərə bir ildən az qalmış fundamental qaydaların dəyişdirilməsinin beynəlxalq praktikaya zidd olduğunu vurğulayıb.
Respublikaçılar Partiyasının təmsilçisi Hayk Mamicanyan müzakirələrin mənasız olduğunu bildirərək, layihənin əleyhinə səs verəcəklərini bəyan edib.