"Dəmir Qübbə"ni idarə edən İrana casusluq edirmiş...

"Dəmir Qübbə" Hava Hücumundan Müdafiə sistemini idarə edən İsrail ordusunun ehtiyatda olan zabiti İrana casusluq etməkdə şübhəli bilinərək həbs olunub.

Axar.az bildirir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Şübhəli 26 yaşlı Yerusəlim sakini Raz Koendir.

Polis və "Şin Bet"in (Daxili Təhlükəsizlik Xidməti) açıqlamasında iddia olunur ki, Koen aylardır İran kəşfiyyatı ilə əlaqə saxlayır və onlar üçün bir neçə tapşırıq yerinə yetirib, o cümlədən pul müqabilində məxfi məlumatları ötürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31