Azad ərazilərdə bayram və yenidənqurma prosesi- ÖZƏL
15:51 Siyasət"Azərbaycan Prezidenti artıq 44 günlük savaşdan sonra hər bayramı, xüsusilə də Novruz bayramını azad olunmuş ərazilərdə qeyd edir. Və bu artıq ənənə halını almış bir prosesdir. Bununla həm cənab Prezident azad olunmuş ərazilərin bərpa və quruculuq üzrə dövlət layihəsinin həyata keçirilməsini yerində izləyir, müvafiq tapşırıqlarını verir, həm də proqram çərçivəsində geri qayıdan soydaşlarımızla birlikdə bayramları qeyd edir, onlarla bir yerdə olur".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında söyləyib:
"Prezidentin bu səfərləri bölgənin gələcək həyatı üçün ciddi məna daşıyır. Bu yerlər artıq azad olunub, indi bərpa olunur, yaşayış üçün gözəl məkana çevrilir və dövlət proqramı çərçivəsində 60 mindən artıq insan bu ərazilərə köçüb və yaşamaqdadır. İnsanların köçməsi, Prezidentin birbaşa bu işlərə nəzarət etməsi, iş yerlərinin yaradılması və layihələrin həyata keçirilməsi hamısı bölgənin gələcəkdə Azərbaycanın ən inkişaf etmiş və ən çiçəklənən regionuna çevrilməsinə imkan yaradacaq. Bu da insanlarda bölgənin gələcəyi ilə bağlı böyük ümidlər yaradır".
Zeynəb Mustafazadə