İranla müharibə ABŞ və Rusiya arasında münasibətləri daha da inkişaf etdirir- ÖZƏL
14:53 Siyasət"Məlum olduğu kimi Avropa İttifaqı ölkələri bizim müharibə deyil-deyə İranla müharibəsdə ABŞ-nin dəstəkləmədi. Trampın Hörmüz boğazının açılmasına ona yardım etmək çağırışına Böyük Britaniya, Almaniya və Fransa mənfi cavab verdi. Bu AB,-nin bu ölkələrlə münasibəti tarixində görünməmiş hal hesab oluna bilər və ABŞ-nin dünya çapında zəif düşməsinin sübutudur. Aİ ilə ABŞ arasındakı gələcək əlaqələri proqnozlaşdırmaq indi olduqca çətindir". "Olaylar" xəbər verir ki, bunu politoloq Əlimusa İbrahimov deyib: "ABŞ ilə Avropa arasında fikir ayrılıqları fonunda Rusiya Vaşinqtonla dialoqu gücləndirməyə çalışır. Kremlin nümayəndəsi Kirill Dmitriyev ABŞ-a Avropadakı müttəfiqlərə qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirməyi təklif edib. Bundan əlavə, Rusiya tərəfi enerji və infrastruktur sahələrində genişmiqyaslı layihələr daxil olmaqla iqtisadi əməkdaşlıq ideyaları irəli sürüb. Bu təşəbbüslərin potensial dəyərinin trilyonlarla dollar olduğu iddia edilir və bu, sanksiya siyasətinə yenidən baxılması üçün stimul kimi təqdim olunur.
Rusiya prezidenti Vladimir Putin də Yaxın Şərqdəki böhranın həllində iştirak daxil olmaqla ABŞ-la əməkdaşlığı gücləndirməyə yönəlmiş müxtəlif təşəbbüslər irəli sürüb. Bu təşəbbüslərin zəruri cavab tapacağı məlum deyil. Amma Rusiyanın indiki halda daha əlverişli şəraitdə olması göz önündədir. Avropa hansı addımlar atacaq? Rusiya ilə yaxınlaşma cəhdlərini müşahidə edəcəyikmi?"