Azərbaycanın həyata keçirdiyi siyasət regionda sülhün inkişaf üçün möhkəm zəmin yaradır-Özəl
11:39 Siyasət"Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik strategiyası bu gün də uğurla davam etdirilir". "Olaylar" xəbər verir ki, bunu YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov deyib: "Azərbaycan regionda sabitlik, inkişaf və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edən əsas aktorlardan birinə çevrilib. Cənubi Qafqazda formalaşan yeni siyasi-iqtisadi reallıqlar ölkəmizin uğurlu siyasəti və təşəbbüsləri nəticəsində mümkün olub. Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumu çərçivəsində səsləndirdiyi fikirlər olduqca ciddi mesajlar idi. Dövlət başçısının çıxışı müasir beynəlxalq münasibətlər sistemində yaranmış mürəkkəb geosiyasi vəziyyətin təhlili və dialoq, əməkdaşlıq mühitinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanın həyata keçirdiyi iqtisadi və siyasi islahatlar regionda davamlı sülh və inkişaf üçün möhkəm zəmin yaradır".