Kirli kampaniyaların qarşısında xalq özü dayanır- ÖZƏL

"Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra regionda gücü və nüfuzu artıb. Şübhəsiz ki, bu da bəzi dairələrin maraqlarına uyğun gəlmir. Bir həqiqət nəzərə alınmalıdır ki, cənubda və şimalda müharibələrin getdiyi bir vaxtda Azərbaycan təhlükəsiz şəraitdə yaşayır və cənab Prezident İlham Əliyev təhlükəsizliyin bizim üçün son dərəcə vacib olduğunu hər dəfə vurğulayır." Bu   sözləri  Olaylar.az-a  açıqlamasında  Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm HƏSƏNOVA deyib:"

Azərbaycan müstəqil xarici siyasət yürüdür. Hər nə qədər bizə qarşı təzyiqlər və təhlükələr olsa da milli maraqlarımızdan heç bir halda geri çəkilmirik. Bu da təbii olaraq bəzi dairələri narahat edir.

Azərbaycan öz təbii sərvətlərinə və resurslarına tam nəzarət edir, onlara hakimdir və bu sahədə müstəqil qərarlar qəbul edir. Bu amil də müəyyən qüvvələri narahat edən əsas məsələlərdən biridir.

Azərbaycanın qələbəsi, sabitliyi və inkişafı, eləcə də bölgədə formalaşdırdığı yeni reallıq əslində bütün regional aktorları təhlükəli tendensiyalardan qoruyur. Bu baxımdan, maraqlarına uyğun olmayan uğurlu addımların qarşısını almaq istəyən bəzi dairələr 5-ci kolon vasitəsilə müxtəlif planlara və təxribatlara əl atırlar. Bu qüvvələr Azərbaycana qarşı davamlı qarayaxma kampaniyası aparır və bu istiqamətdə çirkin addımlar atırlar. Dövlət Təhlükəsizliyi Xidməti isə istənilən kampaniyanın qarşısını uğurla alır. 

Qeyd olunmalıdır ki, Azərbaycanın uğurlarının təməlində dayanan əsas amil xalq-iqtidar birliyidir. Bu birliyi və həmrəyliyi heç kim poza bilməz. Xalqımız baş verənlərin fərqindədir və buna görə də cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib. İstənilən çirkin kampaniya xalq tərəfindən qəbul edilmir və qəti şəkildə rədd olunur. Kirli kampaniyaların qarşısında xalq özü dayanır.

Bu və ya digər səbəbdən dövlətə və dövlətçiliyə qarşı cinayət törədən şəxslər gec-tez öz layiqli cəzalarını alacaqlar."

İbrahim  Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31