Moskva yenidən Koçaryan kartını işə salır- ÖZƏL

"Cənubi Qafqazı itirmək qorxusunun  Moskvanı ciddi narahat etdiyi məlumdur. Rusiyanın regionda son dayaq nöqtəsi sayıla biləcək Ermənistan  öz orbitindən uzaqlaşır.   O qədər də etibar olunası şəxs olmayan Ermənistanın baş naziri N.Paşinyan dərk edir ki,  öz ölkəsinin inkişafı  yalnız Azərbaycan və Türkiyə ilə normal əməkdaşlıqdan keçir. Etiraf etmək lazımdır ki, bu əlaqələr müsbət nəticələrini verməkdədir". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib: "Təbii ki, Rusiya özünün iştirakı olmadan Ermənistanla  Azərbaycan arasında davam edən sülh prosesini, formalaşmaqda olan iqtisadi əlaqələri qəbul edə bilmir. Ona görə, Ermənistanda yenidən Koçaryan kartını işə salır və bu yolla öz köpəyini hakimiyyətə gətirmək istəyir. Xatırlatmaq istərdim ki, 2021-ci  ilin iyun ayında keçirilmiş parlament seçkisində oxşar ssenarilər olsa da, o zaman Koçaryanın təmsil olunduğu partiya uğur qazana bilmədi. 
Hazırda erməni mediasına, cəmiyyətinə diqqət yetirsək görərik ki, müharibə partiyası sayılan Koçaryana və ümumilikdə Rusiyaya münasibət çox mənfidir. Çünki insanlar yenidən müharibələr, qırğınlar istəmir. Azərbaycan Ordusunun 2020-ci ildə apardığı 44 günlük  Vətən müharibəsi ermənilərə yaxşı dərs olub. Amma,  Rusiya Cənubi Qafqaza fəlakət gətirmək  istəyindən   əl çəkmir.
  Görünən odur ki, Ukrayna cəbhəsində böyük itkilərlə üzləşməsinə baxmayaraq, bu gün də Rusiya imperiya xülyası ilə yaşayır və o qorxulu tendensiyanı həyata keçirmək üçün çox qəddar addımlar atmaqdan çəkinmir. Şimal qonşumuzu regionda sabitlik, sülh deyil, yalnız öz məkrli maraqları düşündürür. Əlqərəz, zavallı Paşinyan  əgər seçkidə uduzsa hakimiyyəti ilə bərabər başını da itirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31