“Altıncı ildir ki, Novruzu Qarabağda qeyd edirəm” – İlham Əliyev – VİDEO

"Doğrudan da böyük xoşbəxtlikdir. Artıq iki ildir ki, bu diyar işğalçılardan azad olunub, Xanoba kəndi 2023-cü ilin sentyabr ayında işğaldan azad edilmişdir və bundan sonra artıq bərpa işləri başlanmışdır, evlər yenidən tikildi-quruldu, bütün şərait yaradıldı".

Bu barədə Prezident İlham Əliyev Xocavəndin Xanoba kəndində sakinlərlə söhbəti zamanı bildirib.

"Yəni bu şanlı Zəfərimiz artıq neçə ildir bizim qürur mənbəyimizdir. Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. Birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq. Bu, böyük xoşbəxtlikdir", - dövlət başçısı vurğulayıb.

iframe width="560" height="315" src="https://www.youtube.com/embed/C9lR0u4qzyw?si=7LJ0iHhVBSTPpF1n" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen>

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31