Paşinyan: Qarabağdan köçənlər üçün 145 milyard dram ayrılıb – ÖZƏL
16:18 Siyasət2023-cü ildən etibarən Ermənistan dövlət büdcəsindən Dağlıq Qarabağdan köçən ermənilərin ehtiyaclarının qarşılanması üçün müxtəlif proqramlar çərçivəsində təxminən 145 milyard dram vəsait ayrılıb. Olaylar.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan martın 18-də keçirilən müzakirədə bildirib.
Onun sözlərinə görə, ayrılan vəsaitin bir hissəsi məqsədli şəkildə istifadə olunsa da, bəzi hallarda effektivlik arzuolunan səviyyədə deyil. Hazırda mənzil proqramından cəmi 1700-ə yaxın ailə yararlanıb.
Paşinyan qeyd edib ki, bu rəqəm bir tərəfdən işlək mexanizmin mövcudluğunu göstərsə də, digər tərəfdən prosesin daha geniş miqyasda getməməsi narahatlıq doğurur.
Baş nazir həmçinin hökumətin seçkilər ərəfəsində vətəndaşlıq prosesini ləngitdiyi iddialarını təkzib edib. O bildirib ki, əsas problem müraciətlərin azlığıdır və hökumət köçənlərin daha tez vətəndaşlıq alması, ev, iş və sosial mühitlə təmin olunması üçün onların təkliflərini gözləyir.