Yaxın Şərq gərginliyi və Cənubi Qafqaz: risklər və ehtimallar- ÖZƏL
15:28 SiyasətMartın 17-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Almaniya Kansleri Fridrix Merts arasında telefon danışığı baş tutub. Söhbət zamanı Yaxın Şərqdəki gərginlik və onun Cənubi Qafqaza mümkün təsirləri müzakirə edilib. Kansler Merts Azərbaycan-Ermənistan sülh prosesini dəstəklədiyini bildirib və bunun regional sabitlik üçün əhəmiyyətini vurğulayıb. Tərəflər həmçinin ikitərəfli münasibətlərin və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivlərini nəzərdən keçiriblər.

Yaxın Şərqdəki gərginlik Cənubi Qafqazda siyasi balansı necə dəyişə bilər?Almaniyanın Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyi real təsir gücünə malikdirmi? Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Yaxın şəhərdə vəziyyət çox gərgindir və bu, Cənubi Qafqazda təbii ki, siyasi, təhlükəsizlik, stabillik, iqtisadi və sosial sahələrdə vəziyyətə təsir edə bilər, problemlər yarada bilər. Problematik şəkildə təsir edə bilər, çünki bizim, Cənubi Qafqazın cənub qonşusu İran ağır müharibə şəraitindədir və vəziyyətə təsir etməsi təbii bir hadisədir. Düzdür, hələ ki, hər üç Cənubi Qafqaz ölkəsi vəziyyəti nəzarətdə saxlamağa çalışır. Vəziyyət nəzarətdən çıxmır, amma hər an nəzarətdən çıxa biləcək şəkildə ola bilər.
Eyni zamanda biz Cənubi Qafqaz ölkələri İranla əlaqələrə malikik, qonşuyuq, sərhədlərimiz yaxın, iqtisadi əlaqələr mövcuddur və bu baxımdan təsir edə bilər. Cənubi Qafqaz ölkələri xüsusilə Azərbaycan çox ciddi və güclü şəkildə məsələləri qoruyub saxlayır, bunun nəzarətdən çıxmasına imkan vermir. Azərbaycanın siyasəti həm İranla münasibətləri tənzimləmək və qaydada saxlamaq, həm də vəziyyətin nəzarətdən çıxmasına imkan verməmək baxımından uğurlu şəkildə davam edir. O ki qaldı Almaniyaya, Almaniyanın Azərbaycan-İrəvan sülh prosesinə necə təsir edə biləcəyi sualı açıq qalır. Çünki Almaniyanın Cənubi Qafqazda, xüsusən Azərbaycan-İrəvan üzərində böyük təsir imkanları yoxdur. Əlbəttə, müəyyən əlaqələr mövcuddur və əgər Almaniya bu işə müsbət töhfə vermək istəyirsə, biz bunu birlikdə işləyə bilərik. Ancaq sülh prosesi əsasən Azərbaycan və Ermənistan arasında gedir. Yəni bunu biz tənzimləyirik, tənzimləməliyik. Prosesin aparılmasında Azərbaycanın real təsir imkanları daha çoxdur. Biz də bu prosesi aparırıq. Almaniya, Fransa kimi ölkələr də müəyyən formada dəstək olurlarsa və ya olmaq istəyirlərsə, burada problem yoxdur. Amma pozmağa çalışırlarsa, bu, problem yaradar. Belə bir vəziyyətə imkan verilməyəcək. Əgər isə sülh prosesinə töhfə vermək istəyirlərsə, buna müsbət yanaşırıq".
Zeynəb Mustafazadə