Azərbaycan uzunmüddətli deyil, əbədi sülhə sadiqdir- ÖZƏL

"Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumunda çıxışı zamanı Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi və Qlobal Bakı Forumunun çox nüfuzlu beynəlxalq tədbir olduğunu qeyd etdi. Ölkə başçısı bir sıra məsələlər haqqında geniş fikir bildirdi". "Olaylar" xəbər verir ki, bunu YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov deyib: "Regional təhlükəsizliyin Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmizin öz gücü sayəsində ərazi bütövlüyü və suverenliyini bərpa etməsindən danışdı. Yeddi aydır ki, Azərbaycan və Ermənistan sülh şəraitində yaşayır. Ölkəmiz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq real həyatda sülhü təmin edib.

Ölkəmiz Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırıb. Hətta Ermənistanla ticarət əlaqələri də bərpa edilib. Bu ölkə üçün həyati əhəmiyyət kəsb edən neft məhsullarının ixracına başlanıb. Bununla da ölkəmiz göstərdi ki, Azərbaycan uzunmüddətli deyil, əbədi sülhə sadiqdir. Prezident İlham Əliyevin strategiya və siyasəti bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31