Tramp “xəbərsizik” dedi, həqiqət üzə çıxdı – Müəmmalı təhdid

"ABŞ Prezidenti Donald Tramp İranın Qətərə hücum etmədiyi müddətcə İsrailin Cənub Pars qaz yatağına əlavə zərbələr endirməyəcəyini bildirib. Trampın sözlərinə görə, Qətərin mayeləşdirilmiş təbii qaz infrastrukturu (LNG) yenidən hədəfə alınarsa, ABŞ Cənub Pars qaz yatağını tamamilə məhv edəcək".

Globalinfo.az xəbər verir ki, Tramp İsrailin Cənub Pars qaz yatağına hücumu barədə ABŞ-ın məlumatının olmadığını söyləyib.

"The Guardian" yazır ki, ABŞ prezidenti Qətər əmirinə də eyni fikirləri bildirib və Vaşinqtonun hücumdan xəbərsiz olduğunu, dəstək vermədiyini deyib. O, Qətərə hücumu "haqsızlıq" və "ədalətsizlik" adlandırıb.

Tramp Qətərə LNG infrastrukturuna ediləcək hücumlara sərt şəkildə cavab veriləcəyi ilə bağlı rəsmi Dohaya təminat verib.

Maraqlıdır ki, nəşr əslində Trampın Cənub Pars yatağına hücumlardan xəbərdar olduğunu, hətta İsrailin zərbə endirməsi ilə bağlı məlumatı şəxsən özünün təsdiqlədiyini yazır.

Bəsrə körfəzində yerləşən və İran ilə Qətər arasında paylaşılan Cənub Pars yatağı dünyanın ən böyük təbii qaz yataqlarından biridir və hər iki ölkənin enerji iqtisadiyyatı üçün kritik əhəmiyyətə malikdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31