Qarabağ ermənilərinin vətəndaşlıq şikayəti: "Proses qəsdən uzadılır" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın "İravunk" qəzeti Qarabağdan köçən ermənilərin Ermənistan vətəndaşlığı almaqda ciddi süni maneələrlə üzləşdiyini yazır. 

Sakinlər bildirirlər ki, hələ ötən ilin dekabrında müraciət etmələrinə baxmayaraq, vətəndaşlıq prosesi aylardır nəticəsiz qalır. Bu isə onların mənzil sertifikatı almasına və sosial problemlərini həll etməsinə mane olur. Kirayə qiymətlərinin kəskin artması fonunda vətəndaşlıq ala bilməyən şəxslər dövlət yardımlarından yararlana bilmədiklərini və "alçaldıldıqlarını" qeyd edirlər.

Nəşr iddia edir ki, Paşinyan hökuməti Qarabağ ermənilərinə vətəndaşlıq verilməsini seçkilərə qədər qəsdən geciktirir. Buna səbəb kimi, həmin şəxslərin səsvermə hüququ qazanaraq mövcud hakimiyyətin əleyhinə səs vermə ehtimalı göstərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31