Prezident İlham Əliyevlə Almaniya kansleri arasında telefon danışığı olub
08:58 SiyasətMartın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts arasında telefon danışığı olub.
Milli.Az xəbər verir ki, telefon söhbəti zamanı Yaxın Şərqdə davam edən gərginlikdən narahatlıq ifadə olunub, onun Cənubi Qafqaz regionuna mümkün təsirləri barədə fikir mübadiləsi aparılıb.
Fridrix Merts Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesini alqışlayıb, bunun regional sabitlik üçün əhəmiyyətini qeyd edib.
Azərbaycan Prezidenti və Almaniya Kansleri ikitərəfli münasibətlərin perspektivlərini, həmçinin ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31