Öldürüldüyü deyilən Laricanidən PAYLAŞIM

Xəbər verdiyimiz kimi, iddialara görə İsrail ordusunun İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürülüb. İsrail rəsmiləri onun hava hücumu nəticəsində öldürüldüyünü bildirsə də, Tehran bu məlumatı hələlik təsdiqləməyib.

Milli.Az xəbər verir ki, iddialara görə, hücum İran ərazisində həyata keçirilib. İsrail Baş Qərargah rəisi Eyal Zamir açıqlamasında gecə ərzində bir sıra əsas hədəflərin vurulduğunu bildirib və Laricaninin də həmin hədəflər arasında olduğunu qeyd edib.

Lakin bu məlumatlardan sonra Laricani sosial media hesabında paylaşım edib. O, mesajında İran Hərbi Dəniz Qüvvələrinin şəhid olmuş hərbçilərinin dəfn mərasimi ilə bağlı başsağlığı verib və onların xatirəsinin İran xalqının yaddaşında yaşayacağını qeyd edib.

Laricaninin bu paylaşımı onun sağ olması ilə bağlı suallar yaradıb. İran rəsmiləri isə İsrailin iddiasına hələlik rəsmi münasibət bildirməyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31