Azərbaycanda kino sənaye parkının yaradılması planlaşdırılır

Mədəni yaradıcı parklar və sənaye parkları ilə bağlı müəyyən layihələr üzərində iş aparılır. "Olaylar" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Milli Məclisin bugünkü plenar iclasında "Mədəniyyət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini bildirib ki, mədəni və yaradıcı sənayelərin tərkib hissəsi olan kino sənaye parkının yaradılması planlaşdırılır. Bu park Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının bazasında qurulacaq: "Lakin bu layihə Qobustan qoruğu ərazisində həyata keçirilə bilməz. Çünki qoruqla bağlı qanunvericilik məhdudiyyətləri mövcuddur. Bununla belə, mədəni və yaradıcı sənayelərlə bağlı layihələr, xüsusilə işğaldan azad olunmuş ərazilərdə, pilot layihələr və çoxfunksiyalı məkanlar şəklində həyata keçiriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31