Dron uçuşlarını panikaya çevirənlərin qarşısı alınmaldır - Deputat
12:14 SiyasətAzərbaycanda dron uçuşlarını panikaya çevirənlərin qarşısı alınmaldır. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib. Deputatqeyd edib ki, Azərbaycan Müdafiə Nazirliyinə məxsus dron uçuşunu böyük panikaya çevirməyə cəhd edənlərin qarşısını almaq üçün əhali arasında ciddi maarifləndirmə işi aparılmalıdır.
Siyavuş Novruzov bu məsələdə Milli Məclis deputatlarının üzərinə böyük vəzifələr düşdüyünü söyləyib: "Bu fikirlər həm mətbuatda, həm də deputatların seçicilərlə görüşlərində ictimaiyyətə çatdırılmalıdır. Eyni zamanda, xaricdə oturaraq Azərbaycana qarşı fəaliyyət göstərən və müxtəlif dezinformasiyalar yayan qüvvələrə qarşı da mübarizə gücləndirilməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31