Hansısa ünsürün qulağına taxdığı “siyasi məhbus” “birkası” qalib xalqın gündəmi ola bilməz -Deputat

"Əvvəlcə hər kəsi ilaxır çərşənbəsi münasibəti ilə təbrik edirəm, elə günə də bayram əhvalı dolu, xoş bir xəbərlə başladıq, işğaldan azad olunmuş ərazilərimizdə daha 7 yaşayış məntəqəsinə 82 ailə qayıdışı baş tutdu. Bu o deməkdir ki, torpaq çərşənbəsində daha 368 vətəndaşımızın ayağı öz doğma torpağına dəyəcək, bu insanlar bayram günlərində yaxınlarının məzarını ziyarət edib 34 illik aradan sonra nəhayət ilaxır çərşənbəsini öz elində obasında qarşılaya biləcək". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib: "Bilirsiz, 82 ailənin qayıdışı-ev tikildi, şərait yaradıldı, qayıtsın kimi sadə-fiziki baxımdan bərpanı ehtiva edən formuldan ibarət deyil. Möhtərəm Prezident məcburi köçkün düşən insanların vətənə qayıdışına prinsipial olaraq Qələbənin əbədiləşdirilməsi kimi baxır. Bu mənada, Əlaqələndirmə Qərargahının Xocavənd şəhərində dünənki iclasında cənab Samir Nuriyevin də ifadə etdiyi kimi,  bu proses həmin torpaqlarda həyatın yenidən qurulması, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması və ləyaqətli qayıdışı nəzərdə tutan kompleks yanaşmanı əhatə edir.

Etiraf edək ki, şəhərin parıltısından kəndə qayıtmaq asan məsələ deyil. Amma cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən milli ideoloji xətt, yetişən milli təfəkkürlü nəsil Böyük qayıdışın mahiyyətinin fərqindədir. Amma digər tərəfdən də məsələ yalnız mənəvi-ideoloji elementlərə əsaslanmır. Bilirsiz ki, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair 5 Milli Prioritdən biridir və Prezident İlham Əliyevin bu prosesə  dövlət siyasəti və uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri yanaşmasının nəticəsində Qayıdış zonasında infrastrukturun ən müasir səviyyədə yenidən qurulması, sosial obyektlərin fəaliyyətlərinin keyfiyyətli şəkildə təşkili öz torpağına qayıdan keçmiş məcburi köçkünlərin ilk gündən sürətli adaptasiyasına imkan verir. Təsadüfi deyil ki, bu günədək - qısa müddət ərzində ümumilikdə 41 yaşayış məntəqəsi artıq istifadəyə verilib və Qarabağ və Şərqi Zəngəzurda 80 mindən çox insan yaşayır və fəaliyyət göstərir. Üstəlik, dünən Qərərgahın Xocavənd iclasında da elan edildi ki, qarşıdakı dövrdə köç prosesi daha da sürətlənəcək və Böyük Qayıdış Proqramının miqyası genişlənəcək.

Biz dünyanın 40 ölkəsinin ərazisindən daha böyük sahəni əhatələyən   əzəmətli quruculuq və böyük qayıdışı hansı coğrafiyada həyata keçiririk?! Şimal qonşumuz artıq 4 ildir ki, müharibə şəraiti yaşayır, hər gün yüzlərlə itkisi var. Cənub sözün əsl mənasında od içindədir, başına reaket - dron yağan insanların yeganə qayəsi həyatda qala bilməkdir.

Belə bir şəraitdə bir də Azərbaycanın reallığına baxın. Quruculuq, bərpa, sülh- sabitlik, asayiş, dayanıqlı inkişaf. Bizim gündəmimiz bu olmalıdır, yoxsa hansısa xuliqanın, hansısa siyasi dələduzun konkret əməlinə görə barəsində hüquqi məsuliyyət tədbiri, yaxud hansısa ünsürün qulağına taxdığı "siyasi məhbus" "birkası" qalib xalqın gündəmi ola bilməz"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31