Deputatdan Müdafiə Nazirliyinə irad

"Bir neçə gün öncə Bakı səmasında dronların uçması ilə bağlı yayılan məlumatlar Milli Məclisdə gündəmə gətirilib".  "Olaylar" xəbər verir ki, bu hadisəsən Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev bəhs edib. Deputat qeyd edib ki, bu məsələ "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda qeyd olunur ki, dövlətin siyasəti informasiya fazasında milli təhlükəsizliyi təmin etməkdir:  "Bu kimi hallarda, yəni geniş ictimai rezonans doğuran hadisələr haqqında məlumat verilməyəndə bu, çoxsaylı şayiələrin yayılmasına səbəb olur və bu şayiələrin böyük bir qismi də çox təəssüf ki, dövlət və dövlət orqanlarının gözdən salınmasına yönəlib. 

Müvafiq dövlət orqanları öz vəzifələrini layiqincə yerinə yetirməlidirlər və ictimaiyyəti zamanında bu barədə məlumatlandırmalıdırlar ki, müxtəlif şayiələr yayılmasın. Mənim sadəcə olaraq qeyd etmək istəyim bundan ibarət idi və xahiş edirəm ki, Milli Məclisin Aparatı bu çıxışımı Müdafiə Nazirliyinə bir deputat sorğusu kimi göndərsin və onlar ictimaiyyəti bu barədə məlumatlandırsınlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31