Əraqçidən Trampa “yaşıl işıq”: Müəmmalı sözlərin məqsədi bilindi
18:19 Siyasətİranın xarici işlər naziri Abbas Əraqçinin X hesabında sonuncu paylaşımı maraq doğururb. Nazir bildirib ki, İrana qarşı müharibədə məsuliyyət ABŞ Prezidenti Donald Trampda deyil, onu buna inandıran müşavirləri və məsləhətçilərindədir.
Bu açıqlama ABŞ-a göndərilən sülh mesajıdır? Vaşinqtonla Tehran arasında gizli razılaşma ola bilərmi?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Əraqçinin Trampı deyil, onun müşavirlərini günahlandırması diplomatik ifadə formasının nümunəsi kimi qiymətləndirilə bilər:
"Abbas Əraqçi Trampın xarakteri və təbiətinin necə olduğunu yaxşı bilir. ABŞ prezidenti ona ünvanlanan iddialara dərhal reaksiya verir. Əraqçi anlayır ki, bütün müharibələrin sonunda olduğu kimi bu müharibənin nəticələri də diplomatik masada həll ediləcək. Ona görə də, XİN başçısı bu qapının bağlanmasını istəmir.
Abbas Əraqçi İranın danışıqlara hazır olduğunu açıq şəkildə bildirir. Lakin hələlik bunun üçün şərait tam formalaşmayıb və müharibə davam edir. Buna baxmayaraq, beynəlxalq təzyiq artıq başlayıb; Misir və Oman kimi ölkələr, eləcə də BMT-nin Baş katibi Antonio Qutarreş və Roma Masası kimi qurumlar sülh çağırışları edir.
Hesab edirəm ki, Əraqçinin bu açıqlaması gələcək danışıqlar üçün indidən zəmin yaratmaq cəhdi kimi qiymətləndirilə bilər. Tərəflər arasında kommunikasiya qırılmayıb və lazım olan şərait yaranarsa, danışıqların başlaması mümkündür".