Mediasiya Şurası nümayəndələri Qırğız Respublikası Mediatorlar Palatasının Təsis Qurultayında iştirak ediblər

14 mart 2026-cı il tarixində Qırğız Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Qırğız Respublikası Mediatorlar Palatasının Təsis Qurultayı keçirilib. Qurultayda Azərbaycan da daxil olmaqla, Türkiyə, Qazaxıstan və Özbəkistandan mediatorlar müşahidəçi qismində iştirak edib. Olaylar xəbər verir ki,Azərbaycan Respublikası Mediasiya Şurasını, Şuranın İdarə Heyətinin üzvü Sima Yaqubova, Mediasiya Şurasının üzvləri, Bakı 8 saylı Mediasiya Təşkilatının mediatoru Rəşidə Məmmədova, Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının mediatoru Mehman Əliyev və Saleh Şükürov təmsil edib.

Qurultayda çıxış edən Mediasiya Şurasının İdarə Heyətinin üzvü Sima Yaqubova mediasiyanın cəmiyyətdə qarşılıqlı anlaşmanın gücləndirilməsində mühüm rol oynadığını qeyd edib. O, Azərbaycan və Qırğızıstan mediatorlarının əməkdaşlığının davamlı olacağını və ortaq layihələrin həyata keçiriləcəyini vurğulayıb. Həmçinin Qırğız Respublikası ilə qarşılıqlı təcrübə mübadiləsinin davamlı olmasının regional mediasiya əməkdaşlığının gücləndirilməsinə də təsir edəcəyini diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31