Əlaqələndirmə Qərargahının üzvləri Xocavənd şəhərində təmir olunmuş fərdi evə baxış keçiriblər
17:49 SiyasətXəbər verdiyimiz kimi, martın 16-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasdan sonra Əlaqələndirmə Qərargahının üzvləri Xocavənd şəhərində təmir olunmuş fərdi evə baxış keçiriblər.
Qərargahın üzvlərinə evdə yaradılan şərait barədə məlumat verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31