Yeni təyin olunmuş yepiskop Smirnovla vətəndaşın məhkəmə çəkişməsi – Kim haqlıdır?
16:27 Siyasət1 dekabr 2025-ci il tarixində Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnov Azərbaycan vətəndaşı Ramil Aslanov barəsində məhkəməyə müraciət edib.
Musavat.com xəbər verir ki, Xətai Rayon Məhkəməsinə mülki qaydada verilmiş şikayətdə R.Aslanovun Moskva və Bütün Rusiyanın Müqəddəs Patriarxı Kirilə rəsmi yazdığı şikayəti əsas götürülüb.
R.Aslanov bildirib ki, rəsmi yazılan şikayətdəki məsələlərə məhkəmə yolu ilə cavab verilməsi qanunsuzdur:
"Müraciətə Xətai Rayon Məhkəməsində Hakim Leyla Şövkətli-Mənsimli tərəfindən baxılır. Məhkəməyə tərəfimizdən sübutlar təqdim olunub. Məsələ ondan ibarətdir ki, Moskva Patriarxası tərəfindən yeni təyin olunan Yepiskop Aleksiy (Smirnov) Azərbaycana gəldikdən sonra Azərbaycan vətəndaşlarını, yəni məni və digər bir neçə nəfəri əsassız və sübutu olmayan iddia ərizələrilə məhkəmələrdə süründürməyə başlayıb. Lakin yeni təyin olunmuş Bakı və Azərbaycan Yepiskop Aleksiy (Smirnov) zənnimcə Azərbaycan və Rusiya arasındakı birgə hörmət və ehtirama söykənən körpülərin möhkəmləndirilməsi ilə məşğul olmaq əvəzinə eyni zamanda Rus Proslav kilsələrinin Azərbaycanda inkişafının, inanclı insanlara kömək etməsinin Rus Provlaslığının tarixinin Azərbaycanda təbliğinin dahada mükəmməl şəkildə aparılmasını təmin etmək əvəzinə əsassız və sübuta yetirilməyən iddialarla Azərbaycan vətəndaşlarını məhkəmələrdə süründürməçiliyə məruz qoyur.
Yeni təyin olunan Yepiskop Aleksiy (Smirnov) çox güman ki, onun dini rəhbər olduğunu unutmuş, Azərbaycan qanunvericilklərini və Azərbaycan tarixini bilmədiyi ucbatından eyni zamanda onun və onun rəhbərlik etdiyi dini qurum barəsində rəsmi şikayət ərizəsini məhkəməyə mübahisəyə çıxarıb. O bilməlidir ki, Azırbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli 20 nömrəli qərarının 2.2.22. bəndində göstərilib ki: Publik şəxslərə münasibətdə yuxarı qurumlara və ya aidiyyəti orqanlara edilmiş şikayət xarakterli müraciətlər, habelə media subyektlərində və ya sosial şəbəkələrdə yayılmış tənqidi fikirlər aşkar surətdə şərəf və ləyaqəti alçaldan tərzdə, yəni təhqiredici formada ifadə edilmədiyi halda, şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuzu ləkələyən hüquqazidd əməl kimi qiymətləndirilməməlidir. Bu zaman vəzifəli şəxslərdigər şəxslərdən fərqli olaraq, publik vəzifə daşıyan şəxs kimi fəaliyyəti ilə bağlı tənqidi və bəzən çox sərt, istehzalı və ilk baxışdan şərəf, ləyaqət və işgüzar nüfuza toxuna biləcək fikirlərə qarşı daha çox dözümlülük nümayiş etdirməlidirlər".
Qeyd edək ki, məhkəmənin növbəti iclası martın 17-nə təyin edilib.