Vardanyandan Azərbaycana növbəti BÖHTAN
15:37 Siyasət"Martın 13-də ailəsi ilə telefon danışığı zamanı Ruben Vardanyan Azərbaycan Ombudsmanı Səbinə Əliyevaya açıq müraciət etməyə çalışsa da, telefon danışığı kəsilib".
Musavat.com xəbər verir ki, bu barədə News.am dezinformasiya yayıb.
Xəbərdə deyilir ki, guya Ruben və digər erməni məhbuslar hökmlərin mətnlərini nə rus, nə erməni, nə də Azərbaycan dillərində ala biliblər. "Onlar hansı maddələrlə məhkum edildiklərini, nə vaxt və hara köçürüləcəklərini bilmirlər", - deyə Vardanyanın ailəsi adından yalan məlumatda deyilir. Daha sonra Vardanyanın adından Ombudsmana müraciət dərc olunub və qeyd olunub ki, 10 gündür onunla əlaqə saxlaya bilmir.
Halbuki bütün bu ittihamlar əsassızdır. Əvvəla, Vardanyan da, digərləri də harada saxlanıldıqlarını yaxşı bilirlər. İkincisi, onlara hansı maddələrlə cinayət işi açılması, ittiham aktı və hökm elan olunub. Yəni onların guya bu faktları bilməməsi mümkün deyil.
Sadəcə, Vardanyan, ailəsi və onun kampaniyasını aparanlar hər dəfə bir bəhanə taparaq onun həbsin beynəlxalq ictimaiyyətin gündəminə gətirməyə çalışırlar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan 20 il azadlıqdan məhrum edilib. Məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilən R.Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.