Hörmüz boğazı və xəritədə İranı tapmamaq: Avropa Parlamentində diplomatik boşluq- ÖZƏL

ABŞ və İsrailin İrana hücumları sonrası Yaxın Şərqdə gərginlik artıb və Hörmüz boğazının bağlanması qlobal enerji bazarlarını narahat edir. Avropa Parlamentində aparılan reportajda isə üzvlərin İranın yerini xəritədə göstərə bilməməsi böyük sensasiya yaradıb.
Fransanın Avropa işləri üzrə baş naziri Benjamin Haddad yalnız Hörmüz boğazını göstərə bilib, Emma Rafoviç isə Bolqarıstanı, Maria Tussen isə Əfqanıstanı göstərib. Rafoviçin "Google-dan soruşmalıyam" deməsi diqqət çəkib. Video sosial mediada yayıldıqdan sonra deputatlar sərt tənqid olunublar.

Avropa Parlament üzvlərinin İranın yerini xəritədə bilməməsi Avropanın Yaxın Şərq siyasətinə necə təsir edə bilər? Coğrafi biliklərin çatışmazlığı qlobal gərginliklərin idarə olunmasında hansı riskləri doğurur?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib: 
" İran ətrafında gərginliyin artması beynəlxalq aləmdə də narahatlıq yaradır. Avropa Parlamentində üzvlərin İranın yerini xəritədə göstərə bilməməsi təbii ki, mənfi haldır. Lakin bu bir diplomatik gediş də ola bilər. İrana hücum prosesi ilə bağlı ABŞ və İsrailin əvvəlcədən hazırlanmış proqramından uzaq olduqlarını tərənnüm etmək üçün qəsdən də ola bilər. Yəni, sanki üzvlər heç İrana müdaxilə ilə bağlı maraqlanmayıblar və xüsusi diqqət ayırmayıblar, hələ də ciddi əhəmiyyət vermirlər. Yaxud bu bölgə onların fəaliyyət dairəsinə daxil deyil. Ancaq bütün hallarda bu məsələ Avropanın Yaxın Şərqdəki siyasətinə mənfi təsir göstərir. Belə çıxır ki, ABŞ və İsrailin planlarını sadəcə təsdiq etmək yaxud Avropada yerləşən ideoloji institutların təqdim etdiyi layihələri qeyd-şərtsiz icra etməklə məşğuldurlar. Coğrafi biliklərin çatışmazlığı əslində bu kimi təşkilatların dərin dövlətlərin, ideoloji institutların, gizli beyin mərkəzlərinin platformalarını həyata keçirmək, təsdiqləmək üçün vasitə olduğunu sübut edir. Bəlkə də belə layihələrə etiraz etməmələri üçün sözü gedən parlamentə elə coğrafi bilikləri məhdud olan fiqurları üzv edirlər. Qlobal gərginliklərin həllində, problemlərin azaldılmasında rol almalı olan Avropa Parlamenti üzvlərinin bu cür davranışı dünyanın həqiqətən də ciddi təhlükə qarşısında olduğunu göstərir. Dünya üçün böyük risk daşıyan bu məsələdə əsas ideyalar məxfi qanunverici dairələr tərəfin ortaya atılır və digərləri yalnız düymə basır yaxud proqram üzrə münasibət bildirir. Yalnız Şərqin maddi resurslarını istismara yönəlmiş və bunun üçün əlində kifayət qədər güc olan təşkilatlar üçün coğrafiyanı bilən yaxud bilməyənlər arasında fərq yoxdur. Eyni zamanda bu onu göstərir ki, sözü gedən təşkilatlar müstəqil deyil və qlobal məsələlərdə yalnız icraçı rolunu oynayırlar. Coğrafiyasını bilmədiyi, xəritədə yerini tapa bilmədiyi ölkənin taleyi ilə bağlı münasibət bildirib qərar qəbul etmək demək ki, sözü gedən şəxslərin təmsil olunduğu qurumun səlahiyyətində deyil. Təhsildə bütün dünya üçün örnək göstərilən Avropada əgər Parlamentin üzvləri Şərqin xəritəsini bilmirsə, bu əslində onlar üçün utancvericidir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31