Azərbaycanı İranla münaqişəyə cəlb etmək istəyirlər – Sabiq nazir DETALLARI AÇIR

İran ilə ABŞ-İsrail koalisiyası arasında müharibə indi yeni mərhələyə keçib.Globalinfo.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.Onun sözlərinə görə, sözügedən koalisiya artıq rəqibinin nüvə və raket proqramını demək olar ki, tam dağıtmaq məqsədinə nail olub:

"Bu mərhələdə münaqişəyə ərəb ölkələri, həmçinin Türkiyə və onun müttəfiqi olan Azərbaycanı cəlb etməyə çalışırlar. Təxribat üçün əsas alət isə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hesab olunur. Bu qurum İranın elit hərbi-siyasi strukturlarından biridir.

Bəziləri deyə bilər ki, bu iddia məntiqsizdir və qismən haqlıdırlar. Lakin SEPAH-ın nəzarət etdiyi fəaliyyət sahələrində baş verən çoxsaylı uğursuzluqları xatırlasaq, məntiqi bir sual yaranır: ya onların hamısı kütləvi şəkildə səriştəsiz və qeyri-peşəkardır, ya da elitanın böyük hissəsi qaçaqmalçılıq yolu ilə əldə etdikləri sərvətləri qorumaq üçün "sionist düşmənə" satılıb".

T.Zülfqarov bildirib ki, müasir tarixdə elitaların kütləvi xəyanətinə dair çoxlu nümunələr var:

"Bunlara Səddam Hüseynin generalları, Əfqanıstanda bəzi qəbilə liderləri, həmçinin SSRİ rəhbəri olmuş Mixail Qorbaçov və Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin ətrafındakı bəzi şəxslər misal göstərilir. İranın regional rəqiblərini uzunmüddətli münaqişəyə cəlb etmək cəhdi isə belə görünür ki, tərəflərin qarşılıqlı şəkildə sivilizasiya baxımından zəifləməsinə və tənəzzülünə gətirəcək bir prosesə hesablanıb. Bu isə müəyyən dairələr üçün - xüsusilə də "sövdələşmələri sevən" siyasətçilər üçün - ən sərfəli ssenari sayılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31