Möminə xatun türbəsinin bərpasına 9,5 milyon manat vəsait ayrıldı

Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün vəsait ayrılıb. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, XII əsr Azərbaycan memarlığının görkəmli abidələrindən olan Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi məqsədilə Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 milyon 566 min manat vəsait ayrılıb.Maliyyə Nazirliyinə ayrılmış vəsaitin maliyyələşdirilməsini təmin etmək tapşırılıb. Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31