Aİ Xarici İşlər Nazirləri Gürcüstandakı vəziyyəti müzakirə edəcəklər – ÖZƏL
10:35 SiyasətBu gün Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşündə Gürcüstan məsələsi əsas müzakirə mövzularından biri olacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər Şurasının iclas öncəsi dərc olunmuş ilkin gündəliyində qeyd olunub.
Martın 16-na planlaşdırılan iclasın gündəliyinə əsasən, nazirlər Gürcüstanda cərəyan edən son siyasi hadisələri nəzərdən keçirəcəklər. Müzakirələr çərçivəsində Almaniya və Fransanın təqdim etdiyi məlumatların dinlənilməsi nəzərdə tutulur.
Gürcüstanla yanaşı, Şuranın iclasında aşağıdakı mühüm məsələlər də diqqət mərkəzində olacaq: Rusiyanın Ukraynaya qarşı müharibəsi; Yaxın Şərqdəki mövcud vəziyyət.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31