ABŞ-nin Bağdaddakı səfirliyinə PUA hücumu EDİLDİ

ABŞ-nin Bağdaddakı səfirliyinə istiqamətlənmiş pilotsuz təyyarə havada ikən zərərsizləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" televiziya kanalı məlumat verib.

Kanalın İraq təhlükəsizlik xidmətindəki mənbələrə istinadən yaydığı xəbərə görə, hava hücumundan müdafiə sistemləri şəhər mərkəzindəki ABŞ diplomatik missiyasının yaxınlığında pilotsuz təyyarəni məhv edib. Səfirliyin yerləşdiyi ərazidə sirenlər səslənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31