XIII Qlobal Bakı Forumunun üçüncü günü öz işinə başlayıb

Azərbaycanın paytaxtında "Keçid dövründə olan dünyada fikirayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumunun üçüncü günü öz işinə başlayıb.

Trend xəbər verir ki, tədbirdə "Mənzil sahəsində qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər", "Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyaların etikası", "Beynəlxalq sistemin yenidən qurulması axtarışında", mövzularında müzakirələr, həmçinin "Gənclər danışır, biz dinləyirik" adlı sessiya keçiriləcək.

Bundan əlavə, proqramda Aİ-nin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stipraisin iştirakı ilə xüsusi sessiya da nəzərdə tutulub.

Xəbər yenilənəcək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31