Milli Məclis MDB ilə bağlı protokolu ratifikasiya edəcək

Milli Məclis Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklər edilməsinə dair Protokolu ratifikasiya edəcək.

Olaylar.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin martın 17-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Belə ki, "2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş "Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi plenar iclasda müzakirəyə çıxarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31