"Xameneinin üzü tanınmaz haldadır"

Yeni aeroport və aerodromların tikintisi, dəniz limanının ərazisinin artırılması zamanı torpaqların dövlət ehtiyacları üçün alınması mümkün olacaq.

Olaylar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunda edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların inşası torpağın alına biləcəyi dövlət ehtiyacları siyahısına əlavə ediləcək.

Həmçinin, Mülki Məcəllədə edilən dəyişikliyə əsasən, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət dəniz limanının ərazisinin artırılması, dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların inşası məqsədi ilə də alınacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31