Kamran Bayramov Rumıniyaya səfər edəcək

Deputat Kamran Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) Hüquqi məsələlər və beynəlxalq əməkdaşlıq, həmçinin İqtisadi siyasət və inkişaf komitələrinin iclaslarında iştirak etmək üçün martın 16-da Rumıniyanın Buxarest şəhərinə səfər edəcək.
Komitələrin iclaslarında "Qara dəniz regionunda rəqəmsal idarəetmə və innovasiyanın hüquqi ölçüləri" və "Qara dəniz iqtisadi əməkdaşlığına üzv dövlətlərində rəqəmsal transformasiya" mövzularında hesabatlar və tövsiyə layihələri müzakirə olunacaq.
Səfər martın 18-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31