Vətən müharibəsindən sonra 419 azərbaycanlı mina qurbanı olub - XİN

2020-ci ilin müharibəsinin bitməsindən bəri 419 azərbaycanlı mina qurbanı olub.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sosial şəbəkə hesablarında məlumat yayıb.

Bildirilib ki, onlardan 72-si həlak olub, 347-si isə ağır yaralanıb.

"Minalar mülki insanların həyatı üçün ciddi təhlükə yaratmağa davam edir və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışına, həmçinin davam edən yenidənqurma işlərinə mane olur. Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara təhlükəsiz və davamlı qayıtmasını təmin etmək məqsədilə minalardan təmizləmə işlərinə sadiqdir və bu məqsədlə beynəlxalq tərəfdaşların güc birliyi ilə dəstək göstərməsini gözləyir", - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, martın 12-də işğaldan azad edilmiş Xocavənd rayonunun Aşağı Veysəlli kəndi ərazisində 2026-cı il 12 mart tarixində mina hadisəsi baş verib.

1968-ci il təvəllüdlü Ağdam rayon sakini Hacıyev Ramiz Maşallah oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən atla tank əleyhinə minaya düşərək həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31