Türkiyə COP31-ə sədrlik edən ölkə kimi əvvəllər əldə edilmiş razılaşmaları gücləndirmək niyyətindədir - Murat Kurum

COP31 ə sədrlik edən ölkə kimi Türkiyə əvvəllər əldə edilmiş razılaşmaları gücləndirmək niyyətindədir.

Olaylar.az xəbər verir ki, bunu Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri naziri Murat Kuruм bu gün "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

"1992-ci ildən bəri bütün qlobal çağırışlara baxmayaraq, tərəflərin konfransları prosesi zamanı əhəmiyyətli irəliləyiş əldə olunub. Təbii ki, bu proses Paris Sazişinin qəbulundan sonra yenilənib və hələ də son dərəcə dəyərlidir. Bu günədək qəbul edilmiş bütün qərarlar böyük əhəmiyyət kəsb edir. Keçmiş COP prezidentləri tərəfindən dəstəklənmiş bütün proseslər bizim üçün vacibdir. COP31-ə sədrlik edən ölkə kimi biz əvvəllər əldə edilmiş razılaşmaları gücləndirməyi və keçmişdə atılmış bütün addımları möhkəmləndirməyi planlaşdırırıq. Bu istiqamətdə əlimizdən gələni edəcəyik", - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə həmçinin maliyyələşmənin konkret layihələrdə əksini tapması üçün COP31 çərçivəsində bir çox təşəbbüslərin həyata keçirilməsini təmin etməyə ümid edir.

"Beləliklə, COP31 bu baxımdan sadəcə bir konfrans olmayacaq, eyni zamanda qərarların qəbul ediləcəyi fəaliyyət prosesinə çevriləcək", - o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31