ABŞ İranla münaqişədə kritik sursat ehtiyatlarını xərcləyib- ÖZƏL
14:13 SiyasətABŞ İranla münaqişənin başlanmasından bəri kritik əhəmiyyətli sursat ehtiyatlarını xərcləyib, hansı ki, adi şəraitdə illərlə yetərli ola bilərdi. Olaylar.az xəbər verir ki, bu barədə Financial Times qəzeti mənbələrinə istinadən xəbər verib. Məlumata görə, əsasən Tomahawk qanadlı raketləri istehlak olunub. Qəzetdəki mənbələrdən biri bunu "ənənəvi ölçüdə böyük xərclər" adlandırıb və ABŞ-ın bu ehtiyatları bərpa etməsi üçün bir neçə il lazım olacağını bildirib.
FT yazır ki, sursatların sürətli istehlakı ABŞ Prezidenti Donald Tramp administrasiyasına təzyiqi artırır, çünki münaqişənin xərcləri də getdikcə yüksəlir. Pentaqonun məlumatına görə, döyüşlərin ilk altı günü 11 milyard dollardan çox xərclə başa gəlib və əsas məbləğ sursatlara sərf olunub.
Qəzet qeyd edir ki, yaxın günlərdə hərbi nazirlik əlavə olaraq 50 milyard dollar maliyyə yardımı üçün Ağ Ev və Konqresdən müraciət edə bilər. Əvvəllər isə Pentaqon rəhbəri Piter Hegset ABŞ-ın kifayət qədər sursat ehtiyatına sahib olduğunu və mövcud ehtiyatların hərbi kampaniyanı davam etdirməyə yetərli olduğunu açıqlamışdı.