İrəvanda etiraz dalğası: Samvel Karapetyanın azadlığı tələb olunur – ÖZƏL
11:28 SiyasətOlaylar.az xəbər verir ki, İrəvanın müxtəlif rayonlarında "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyana dəstək aksiyaları keçirilir. Şəhərin mərkəzi küçələrində siyasətçinin azadlığını tələb edən genişmiqyaslı plakatlar asılıb.
Paytaxtın ən görünən yerlərində "Samvel Karapetyana azadlıq, Ermənistana azadlıq!" yazılmış böyük bannerlər yerləşdirilib.
Bu gün, martın 13-də partiya liderinin "qanunsuz həbs" müddətinin uzadılması ilə bağlı məhkəmə iclası keçiriləcək. Karapetyanın tərəfdarları sosial şəbəkələr vasitəsilə çağırış edərək, saat 15:30-dan etibarən məhkəmə binasının qarşısında toplaşacaqlarını bildiriblər.
Xatırladaq ki, müxalif liderin tərəfdarları onun həbsini siyasi sifariş hesab edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31