Spiker: Ölkəmizin bütün sahələrində uğurlarla müşahidə edilib

"Prezident İlham Əliyevin sülh istiqamətindən atdığı addımlar öz bəhrəsini verməkdədir. Ötən il avqustun 8-də Vaşinqtonda Ermənistanla sülh sazişinin paraflanması bunun məntiqi nəticəsidir". "Olaylar" xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

Spiker qeyd edib ki, dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində ötən il ölkəmizin bütün sahələrində uğurlarla müşahidə edilib: "Azərbaycan regional inkişaf sahəsində ciddi uğurlar əldə edib. Bu gün Qarabağ və Şərqi Zəngəzurda "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyası reeallaşdırılır. Böyük Qayıdış konsepsiyası mərhələ-mərhələ icra edilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31