Artur Qambaryan: "Hədəf Konstitusiya deyil, xalqın yaddaşını silməkdir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın hüquq elmləri doktoru, professor Artur Qambaryan hökumətin yeni Konstitusiya islahatları ilə bağlı kəskin tənqidlərlə çıxış edib. Professor bildirib ki, məsələ sadəcə Müstəqillik Bəyannaməsinə olan istinadın ləğvi deyil, hədəf daha dərindir.

Qambaryan iddia edir ki, hakimiyyətin əsas məqsədi gənc nəslin şüurundan qondarma "erməni soyqırımı" yaddaşını və onun beynəlxalq səviyyədə tanınması tələbini silməkdir.(?)

O qeyd edib ki, bu mübarizə mətnlərə qarşı deyil, simvollara və ideoloji proqramın radikal şəkildə dəyişdirilməsinə qarşı yönəlib. "Mətnləri bərpa etmək olar, lakin yaddaşın silinməsi dönməz prosesdir," - deyə professor vurğulayıb.

Xatırladaq ki, Baş nazir Nikol Paşinyan yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın olmamalı olduğunu, çünki həmin sənədin "münaqişə məntiqi" üzərində qurulduğunu bəyan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31